"CinemaPlus"da Azərbaycan dilinə dublyaj edilmiş “Paddinqton 2” filminin nümayişi olub - FOTO


Digərləri 21 Yan 2018 19:38:28 201 0

"CinemaPlus"da Azərbaycan dilinə dublyaj edilmiş “Paddinqton 2” filminin nümayişi olub - FOTO

Dublajda Murad Dadaşov, Oksana Rəsulova və Sənubər İsgəndərli kimi məşhurlar iştirak edib

"CinemaPlus Ganjlik Mall"da Azərbaycan dilinə dublyaj olunmuş “Paddinqton 2” filminin nümayişi keçirilib.

"Report" xəbər verir ki, ekran əsərində baş rolları Hyu Bonnevill, Salli Hokins, Brendan Qlison, Hyu Qrant kimi məşhurlar ifa edirlər.

Xronometrajı 103 dəqiqə olan filmin rejissoru Paul Kinqdir.

Filmi Azərbaycan dilinə Murad Dadaşov, Oksana Rəsulova, Aqil M. Quliyev, Kamran Ağabalayev və Sənubər İsgəndərli səsləndiriblər.

Filmin süjet xəttinə görə, Londonun antikvar mağazasında gözəl və yaxşı tərbiyə olunmuş ayı Paddinqton qədim qeyri-adi bir kitab tapır. O, bütün ayı gücü ilə həmin kitaba pul yığana kimi, nadir kitab oğurlanır. Paddinqton, it konservləri reklam edən, öz çevrilmə bacarığını bütün Londanda gizlədilən zinət əşyalarının ovuna istifadə edən aktyorun planı olan əsrin hiyləsinə qoşulmuş olur.