Cəlilabadda qadını ilan sancıb VİDEO


Digərləri 21 Yan 2018 19:24:00 289 0

Cəlilabadda qadını ilan sancıb  VİDEO

Cəlilabadda qadını ilin qış mövsümündə ilan sancıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə rayonun Hacıcavad kəndində baş verib.

Kənd sakini Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxararkən bağlamanın arasında olan ilan onun sol əl nahiyyəsindən sancıb. Zərərçəkənin sözlərinə görə o, öncə bunun arı olduğunu düşünüb. Daha sonra ot bağlamasının arasındakı sürünəni gördükdən sonra bunun ilan sancması olduğunu başa düşüb. Qadın yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir.