175 saylı marşurtda niyə əlavə gediş haqqı ödənir? VİDEO


Digərləri 21 Yan 2018 19:27:00 300 0

175 saylı marşurtda niyə əlavə gediş haqqı ödənir?  VİDEO

175 saylı avtobusun sərnişinləri əlavə gediş haqqı ödəmək məcburiyyətində qalıblar

"Baku Bus" MMC"yə məxsus 175 saylı marşrut avtobusundan istifadə edən sərnişinlər həm yaxın, həm də uzaq məsafəyə getmək üçün 30 qəpik ödəmək məcburiyətində qalırlar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bir neçə gün əvvəl Səməd Vurğun parkından Sabunçu rayonu Hövsan qəsəbəsinin mərkəzinə hərəkət edən bu marşrut avtobusunda qiymətlər 20 qəpikdən 30 qəpiyə artırılmışdı. Avtobusda kart sistemi olduğuna görə sərnişinlər 30 qəpiyi birbaşa karta vurub, marşrut xəttindən istifadə edirlər.

Sərnişinlərin sözlərinə görə, belə olduqda 2 dayancaq məsafə getdikdə də 30 qəpik ödəməli olurlar.

Sərnişinlər bildiri ki, 75 saylı marşrut xətti ''Baku Bus"a verilməmişdən öncə ödəniş haqqı məsafədən asılı olaraq ödənilirdi.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, bu gün iş günü olmadığına görə sakinlərin narazılığı sabah araşdırılacaq.