Hindistanda kimya zavodu partladı, sonra yandı - Ölən və yaralananlar var


Digərləri 21 Yan 2018 19:27:45 196 0

Hindistanda kimya zavodu partladı, sonra yandı - Ölən və yaralananlar var

Hindistanın Vadodara şəhəri yaxınlığında "GSP Crop Science Private Ltd." şirkətinə məxsus kimya zavodunda partlayış baş verib və yanğın başlayıb

Bakı. Hindistanın Vadodara şəhəri yaxınlığında "GSP Crop Science Private Ltd." şirkətinə məxsus kimya zavodunda partlayış baş verib və yanğın başlayıb. Trend-in məlumatına görə, partlayış nəticəsində azı 4 nəfər həlak olub, 9 nəfər isə yaralanıb. Yaralılar dərhal yaxınlıqdakı xəstəxanalara çatıdırılıb.