6 qaçqının Alp dağları ilə təhlükəli yolu FOTO


Digərləri 21 Yan 2018 19:12:00 261 0

6 qaçqının Alp dağları ilə təhlükəli yolu  FOTO

Reuters agentliyi yanvar ayında Alp dağlarını aşaraq İtaliyadan Fransaya çatmağa çalışan bir qrup qaçqın miqrantın təhlükəli səyahəti barədə görüntülər yayıb.

Reyters 6 qaçqından ibarət miqrant qrupunun mənfi 9 dərəcə olan şaxtalı havada hərəkət etdiyini qeyd edərək, qaçqınların əyin-başının şaxtalı havaya uyğun olmayan dərəcədə yüngül olduğunu qeyd edir.

Qaçqınlardan qvineyalı Abdullhai deyib ki, 3 uşağı və arvadının qaldığı vətənindən Alp dağlarına evinden çatmaq üçün 3 il sərf edib.

O, ümid edir ki, tezliklə getdiyi yerə çatacaq: "Qvineyada mənim üçün, uşaqlarım üçün bir gələcək yoxdur. O gələcəyi burada, Avropdada əldə edə bilərik".

2015-ci ildə Yaxın Şərqdən və Afrikadan Avropaya bir miyondan çox qaçqın gəlib.

2016-cı ildə qayıqlarda Avropaya çatanların sayı 363,504 nəfər olub, 2017-ci ildə isə onların sayı təxminən ikiqat azalıb.

Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə, yalnız İtaliyaya çatmaq istəyənlərin arasında həyatını itirənlərin sayı 20 minə yaxındır.


Xəbərə aid fotolar