Namaz vaxtlarına aid olan gecəyarısı necə hesablanır?


Digərləri 21 Yan 2018 19:10:00 383 0

Namaz vaxtlarına aid olan gecəyarısı necə hesablanır?

Gecəyarısı anlayışı axşam namazlarının qılınmasına aiddir. Belə ki, məğrib və işa namazları gecəyarısına kimi qılınmalıdır. Üzürsüz yerə gecəyarısına kimi bu iki namazaı qılmayan şəxs təqsirkardır. Hər bir halda gecəyarısına kimi məğrib və işa namazlarını qılmamış şəxs bunu sübh azanına kimi etməlidir, amma bu zaman gərək nə əda, nə də qəza niyyəti etməsin.

Son.az islam.az-a istinadən bildirir ki, gecəyarısını təyin etmək üçün bu gün Günəş batdığı andan sabahkı sübh azanına kimi keçən vaxt hesablanır. Sonra bu müddət tam yarıya bölünür və Günəş batdığı vaxtın üstünə əlavə edilir. Məsələn, Günəş saat 17.30-də qürub edir, sabah isə səhər saat 6.30-da sübh azanıdır. Bunların fərqi 13 saat, bunun yarısı da 6,5 saatdır. 17.30-un üstünə 6 saat yarım əlavə edəndə gecə saat 12 alınır. Beləliklə, bu misalda gecəyarısı saat 24.00-a təsadüf edir.