Blatter Qətərin 2022 mundialının ev sahibi olacağını əvvəldən bilirmiş


İdman 21 Yan 2018 18:53:00 345 0

Blatter Qətərin 2022 mundialının ev sahibi olacağını əvvəldən bilirmiş

FİFA-nın sabiq prezidenti Yozef Blatter 2022-ci il dünya çempionatına ev sahibliyi edəcək ölkənin adını öncdən bildiyini deyib. Goal.az xəbər verir ki, isveçrəli funksioner bununla da Qətərin səs alması barədə şübhələri yenidən gündəmə gətirib.

"Seçkilərdən bir müddət öncə həmin vaxt ABŞ prezidenti olan Barka Obamaya demişdim ki, 2022 mundialı Amerikada keçmyəcək. O, səmimiliyə görə mənə təşəkkür etdi. İş ondadır ki, seçicilər əvvəldən göstərirdilər ki, səslərini Qətərə verəcəklər".

Qeyd edək ki, avstraliyalı yazıçı və futbol funksioneri Bonita Mersiadesın yeni çapdan çıxmış kitabında Blatterlə müsahibəsi də yer alıb. Bu kitabda göstərilir ki, Qətərə məxsus olan " beIN Sports" kanalı ölkənin dünya çempionatına ev sahibliyi əldə etməsi üçün FİFA-nın hesabına 100 milyon avro köçürüb. "BeIN Sports"un mətbuat xidmətindən bu məlumat təsdiqlənib. Amma telekanal bu vəsaiti "istehsal yatırımı" adlandırıb.

Blatter əvvəlcə ərəb ölkəsinin namizədliyini dəstəkləmək istəmədiyini, amma daha sonra Qətərin əmiri ilə razılığa gəldiyini bildirib. Onun sözlərinə görə FİFA İcraiyyə Komitəsinin sabiq üzvü Məhəmməd bin Həmmamın quruma prezident seçkilərində namizəd olmaması şərtilə Qətərə dəstək verib.