Türkiyədə hərbçilər qar uçqununa düşüb, 5-i ölüb, daha 12-si yaralanıb


Dünya 21 Yan 2018 18:46:55 297 0

Türkiyədə hərbçilər qar uçqununa düşüb, 5-i ölüb, daha 12-si yaralanıb

Hadisənin baş verdiyi Bitlis şəhərində axtarış-xilasetmə əməliyyatları aparılır

Türkiyə ordusunun 5 hərbçisi Bitlis şəhəri ərazisində PPK terrorçularına qarşı əməliyyat aparan zaman qar uçqununa düşərək həlak olub.

“Report” NTV telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində daha 12 hərbçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı hərbçilər Hizan rayonu ərazisində yerləşən dövlət hospitalına yerləşdirilib.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatlarının aparıldığını bildirilir.