Afrindən Türkiyəyə 3 raket atıldı: 1 nəfər öldü, 32 nəfər yaralandı


Dünya 21 Yan 2018 18:34:00 257 0

Afrindən Türkiyəyə 3 raket atıldı: 1 nəfər öldü, 32 nəfər yaralandı

Bu gün Suriyanın Afrin bölgəsindən Türkiyənin Hatay rayonunun Reyhanlı qəsəbəsinə 3 raket atılıb.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, raketlərdən ikisi Reyhanlının Rıfat Bahadırlı prospektindəki bir evə və Cümhuriyyət prospektindəki bir iş yerinə düşüb.

Nəticədə 2-i ağır olmaqla, 32 nəfər yaralanıb. İş yeri yaxınlığında bir avtomobildə olan suriyalı mühacir isə ölüb.