Fərid Nəbiyev "Slavia"nın qələbəsində pay sahibi olub


İdman 21 Yan 2018 16:52:00 335 0

Fərid Nəbiyev "Slavia"nın qələbəsində pay sahibi olub

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyevin çıxış etdiyi "Slavia"nın U-21 komandası çempionatda yaranan fasilə ərəfəsində növbəti yoxlama oyunu keçirib. Goal.az xəbər verir ki, Praqada  təlim-məşq toplanışında olan komanda "Stechovice" ilə qarşılaşıb. Matç "Slvaiya"nın böyükhesablı qələbəsi ilə başa çatıb. Praqalılar rəqib üzərində 5-2 hesablı qələbəyə seviniblər. 

 "Litomerike" ilə yoxlama görüşündə 2 qol vuraraq komandasına qələbə qazandıran istedadlı futbolçumuz bu görüşdə də özünü ən yaxşı tərəfdən göstərməyə nail olub. Belə ki, "Slavia"nın üçüncü qoluna həmyerlimiz imza atıb. Rəqibdən topu oğurlayan Fərid, komanda yoldaşını əlverişli mövqeyə çıxarıb. Qapıçının irəli çıxdığını görən sonuncu, topu daha ideal vəziyyətdə olan Nəbiyevə qaytarıb. Həmyerlimiz də sol ayağı ilə qapını dəqiq nişan alıb. "Slavia"nın düşərgəsində baxışda olan digər həmyerlilərimiz - Amin Seydiyev və Rövlan Muradov da matçın iştirakçısı olublar. Hər iki futbolçu 90 dəqiqə meydanda olub. Rövlan qol otürməsi ilə yadda qalıb.