OPEС+ ölkələri Vyana sövdələşməsinə sadiq olduqlarını təsdiq ediblər


İqtisadiyyat 21 Yan 2018 16:34:30 312 0

OPEС+ ölkələri Vyana sövdələşməsinə sadiq olduqlarını təsdiq ediblər

Novak: "Sazişin bütün iştirakçıları onun icrasına sadiq olduqlarını təsdiqləyiblər"

Bütün OPEС+ ölkələri neft hasilatının azaldılmasına dair sazişə sadiq olduqlarını təsdiq ediblər.

“Report” xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"Sazişin bütün iştirakçıları onun yerinə yetirilməsinə sadiq olduqlarını təsdiq ediblər", - deyə Novak Vyana sazişinin yerinə yetirilməsinin monitorinqi üzrə Nazirlər Komitəsinin görüşünün yekununda bildirib.

OPEС və təşkilata daxil olmayan bir sıra ölkələr (OPEС+) 2016-cı ilin sonunda Vyanada ümumi neft hasilatlarını həmin ilin oktyabr ayının səviyyəsindən sutkada 1,8 milyon barel azaltmaq barədə razılıq əldə ediblər. 2017-ci ilin noyabrında saziş iştirakçıları onun müddətini 2018-ci il boyu uzadıblar.

Müqavilənin həyata keçirilməsini izləmək və onun tənzimlənməsi üçün tövsiyələr hazırlamaq məqsədi ilə nazirlərin monitorinq komitəsi yaradılıb. Bura Səudiyyə Ərəbistanı, Venesuela, Küveyt, Əlcəzair, Oman və Rusiya nümayəndələri daxildir.