Vassoura: "Komandamız dünyada istənilən yığma ilə qarşılaşacaq gücdədir" - MÜSAHİBƏ


İdman 21 Yan 2018 16:06:00 338 0

Vassoura: "Komandamız dünyada istənilən yığma ilə qarşılaşacaq gücdədir" - MÜSAHİBƏ

- Əlbəttə, turnirdə rəsmi oyunlara nə qədər hazır olduğunu yoxlayırsan. İran turniri bizim üçün hazırlıq xarakteri daşıyırdı. Avropa çempionatı tam fərqli səviyyəyə malikdir. Adicə qrupumuza diqqət yetirin. Fransa millisi debütantdı, ancaq futzal ənənəsi olan, daim final mərhələsində iştirakına alışdığımız Xorvatiya kimi komandanı məyus etdilər. Bu göstərir ki, çox çalışmalıyıq. Xüsusilə də Fransa ilə oyun çox əhəmiyyətlidir. Biz bu rəqibi udmalıyıq ki, növbəti oyun haqda düşünək.

Futzal üzrə Azərbaycan millisinin üzvü Vassouranın müsahibəsi

- Millinin düşərgəsinə ən gec siz qoşuldunuz. Səbəbini izah edə bilərsinizmi?

- Çünki Dubayda çempionat davam edir və formasını geyindiyim klubun oyunları var idi. Ona görə də qalmalı oldum və kömək etdim. Əslində, hazırlıq FİFA-nın pəncərəsinə düşmədiyinə görə məni yenə buraxmaya bilərdilər, sadəcə, milli komandamıza hörmət əlaməti olaraq gəlməyimə icazə verdilər.

- Amma İrandakı turnir zamanı heç də yaxşı oynaya bilmədiniz…

- Həqiqətən də problemlərim var idi. Klubum o turnirə buraxmaq istəmirdi. Çünki oyunlarımız qalmışdı. Buna görə də fikrim qarışıq idi, matçlara konsantrasiya ola bilmirdim. Ancaq indi vəziyyət fərqlidir. Hər şey qaydasındadı, məşqlərdə də iştirak edirəm.

- İran turniri ilə Avropa çempionatı tam fərqli statusa malikdir. Bunu bilməmiş olmazsız…

- İspaniya başqa dünyadır?

- İspaniya haqda şərh vermək artıqdır. Qazandıqları titulları hər şeyi deyir. Ancaq onlarla sonuncu dəfə dünya çempionatının final mərhələsində oynadıq və 2:4 hesabı ilə uduzduq. Həmin oyunda 2 avtoqol vurdum. Mənim qollarımı çıxsaq, deməli, oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb (gülür). Məncə, bizim komandamız dünyada istənilən yığma ilə qarşılaşacaq gücdədir.

- Düşərgədə ab-hava necədir?

- Əsasən, taktiki planda çalışırıq. Alesio necə müdafiə olunmağımızı, eləcə də hücuma keçərkən nə etməli olduğumuzu izah edir. Hər şey yaxşıdır.

- Fransanın hansısa oyununu videoyazısına baxmısınızmı?

- Təbii ki, baxmışıq. Alesio hər gün bizə videolar göndərir və qeyd edir ki, baxın filan oyunçu necə driblinq edir, künc zərbəsi zamanı hansı “ev tapşırıq”larını yerinə yetirirlər, autdan topu necə başlayırlar və s. Alesio çox ağıllı məşqçidir. Bizi həmin oyunda nələrin gözlədiyini və bizim nələr edəcəyimizi bilirik.

- Sürprizlər hazırlamısınız?

- Alesio olan yerdə hər zaman sürpriz olur. Bunu etmək lazımdır. Çünki çox ağır oyun olacaq. Bu oyunda qazanılacaq qələbə növbəti mərhələyə yüksəlmək baxımından çox suallara aydınlıq gətirəcək.

- AÇ-yə yollanmazdan əvvəl İranla oyunlar keçirəcəksiz. Bir ayda bu rəqiblə 3 oyun keçirmək çətin olmayacaq?

- Bizə qələbə qazanmaq lazımdır. Ancaq İran da güüclü komandadı və buna nail olmaq çox çətindir. Onalar 7-8 ildi bir yerdə oynayırlar. Açığı, Fransaya qarşı oyunun prezentasiyasını edəcəyik bu matçlarda. Görək, necə alınacaq.

- Dubayda vəziyyət necədi?

- Hər şey əladır. Çox razıyam yaradılan şəraitdən Klub rəhbəliyinə gəlməyimə şərait yaratdığına görə təşəkkür edirəm. Çempionatda 9 komanda iştirak edir. Orda da futzalı inkişaf etdirməyə çalışırlar.

- Azərbaycan çempionatı ilə müqayisə edə bilərsiniz?

- Azərbaycan çempionatı daha güclüdür. Yüksək Liqada ən azı 4 komanda yaxşı vəziyyətdədir. Çünki çempionatın oyunlarını izləyirəm. Canlı yayımların təşkil edilməsinin bu müsbət məqamları var. Mümkün qədər CBC Sportla yayımlanan oyunlara baxıram və mübarizədən xəbərdaram. Orda da indi komandalar legionerləri dəvət edirlər. Onların gəlişi səviyyənin yüksəlməsinə təkan verəcək.

- Yenidən “Araz”a dönməyin mümkündür?

- Bunu mən yox, Allah bilir. Həyatda hər şey ola bilər. İndi bunu heç kim təklif etməyib, gələcəkdə necə olacağını isə zaman göstərəcək.

Apasport