Azərbaycan ordusunun hərbçisi bədbəxt hadisə nəticəsində həlak olub


Siyasət 21 Yan 2018 15:42:24 237 0

Azərbaycan ordusunun hərbçisi bədbəxt hadisə nəticəsində həlak olub

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır

Azərbaycan ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub.

“Report” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hadisə təlim mərkəzlərindən birində məşğələ keçirilən zaman baş verib.

Hərbi qulluqçu Əliyev Rahim Əhməd oğlu hərbi rituallara uyğun olaraq dəfn olunub.

Faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!