Bundesliqada məşqçi istefası


İdman 21 Yan 2018 15:07:00 258 0

Bundesliqada məşqçi istefası

"Hamburg" baş məşqçisi Markus Qisdolla yollarını ayırıb. Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu hadisə komandanın Bundesliqanın 19-cu turunda evdə "Köln"ə məğlubiyyətindən (0:2) sonra qəbul edilib. "Hamburg" ardıcıl 4 turdur ki, xal qazana bilmir. Onlar çempionatda sonuncu qələbəni noyabrda qazanıb.

48 yaşlı Qisdol 2016-cı ilin sentyabrından "Hamburg"un sükanı arxasında idi. Onun rəhbərliyi altında klub ötən mövsüm turnir cədvəlini 14-cü sırada tamamlamışdı. Hazırda komanda Bundesliqada yerini qorumaq üçün mübarizə aparır.