Premyer Liqa klubunda baş məşqçi istefası


İdman 21 Yan 2018 14:46:00 322 0

Premyer Liqa klubunda baş məşqçi istefası

İngiltərə Premyer liqasında mübarizə aparan "Watford"da baş məşqçi istefası reallaşıb. Goal.az xəbər verir ki, klub rəhbərliyi 40 yaşlı mütəxəsis Marko Silva ilə yollarını ayırıb. Silva 2017-ci ilin mayında "Hull City"dən "Watford"a baş məşqçi təyin olunmuşdu. Onun müqaviləsi 2019-cu ilin yayında başa çatmalı idi. Gənc çalışdırıcının istefasına komandanın son 11 oyunda cəmi 1 qələbə qazanması da öz təsirini göstərib.