Yevlax sakini öz həmkəndlisinə 17 bıçaq zərbəsi vurub


Sosial 21 Yan 2018 14:49:26 298 0

Yevlax sakini öz həmkəndlisinə 17 bıçaq zərbəsi vurub

Yaralı sağ qalıb və vəziyyəti orta-ağırdır

Gecə saatlarında Yevlax rayonunun Gülövşə kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, yerli sakin mübahisə zəminində öz həmkəndlisinə 17 bıçaq zərbəsi vurub.

Adı hələ ki, məlum olmayan yaralı xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.