Lənkəranda sakinləri döyməkdə və öldürməkdə şübhəli sayılan şəxs saxlanıldı FOTO


Kriminal 21 Yan 2018 14:20:12 277 0

Lənkəranda sakinləri döyməkdə və öldürməkdə şübhəli sayılan şəxs saxlanıldı  FOTO

Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub.

Son.az-ın APA-ya istinadən məlumatına görə, Liman şəhəri  M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov bu gün saxlanılıb.

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də  evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.