Rusiya və İranın "Zeytun budağı"na münasibəti


Dünya 21 Yan 2018 14:07:55 263 0

Rusiya və İranın "Zeytun budağı"na münasibəti

Türkiyə baş naziri Binəli Yıldırım Rusiya və İranın Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına münasibətinə aydınlıq gətirib.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, B. Yıldırım Rusiyanın əməliyyata ciddi etirazının olmadığını bəyan edib.

Türkiyə baş naziri İranın "Zeytun budağı" əməliyyatı ilə bağlı müəyyən narahatlıqlarının olduğunu və bu narahatlıqların aradan qaldırılacağını da nəzərə çatdırıb. B. Yıldırım hərbi əməliyyatla əlaqədar Suriya hökumətinin Rusiya vasitəsi ilə məlumatlandırıldığını , o cümlədən Türkiyə və Suriyanın aşağı səviyyəli dövlət qurumları arasında əlaqə olduğunu açıqlayıb. Türkiyə baş naziri hələ ki, Türkiyə və Suriya arasında yüksək səviyyədə əlaqə olmadığını qeyd edib.