İspaniyalı qapıçı ad günündə 65 metrdən qol vurdu


İdman 21 Yan 2018 14:08:00 317 0

İspaniyalı qapıçı ad günündə 65 metrdən qol vurdu

İspaniyanın Segunda divizionunda mübarizə aparan "Lugo" klubunun qapıçısı Xuan Karlos ad günündə qol vurub. Çempionatın 23-cü turda "Sporting Gijon"la qarşılaşan "Lugo" 3:1 hesabı ilə qələbə qazanıb. Goal.az xəbər verir ki, Xuan Karlos 80-ci dəqiqədə 65 metrdən topu rəqibin qapısından keçirib.

İspaniyalı qapıçının 20 yanvarda 30 yaşı tamam olub. O, karyerası ərzində "Rayo Vallecano", "Hercules", "Cordoba" və "Elche"nin şərəfini qoruyub.