"Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"


Dünya 21 Yan 2018 13:51:25 270 0

"Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"

Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı  formalaşdıracaq.

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyə baş naziri Binəli Yıldırım media təmsilçiləri ilə görüşdə bəyan edib.

B.Yıldırım Türkiyə ordusunun dünən başladığı "Zeytun budağı" əməliyyatında da əsas məqsədin Türkiyə sərhədi boyu Suriyaərazisində 30 km genişlikdə təhlükəsizlik zolağı yaratmaq olduğunu bildirib.