Külək və duman


Digərləri 21 Yan 2018 13:35:08 296 0

Külək və duman

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti təşkil edəcək.