Abşeronda güllə atıldı: məktəbli gözündən yaralandı


Kriminal 21 Yan 2018 12:56:36 286 0

Abşeronda güllə atıldı: məktəbli gözündən yaralandı

Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb.

Mlli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində qeydə alınıb.

Belə ki, Saray qəsəbə sakini 2001-ci il təvəllüdlü, 10-cu sinif şagirdi Xəlil İlqar oğlu Allahquliyev, Cəlil adlı qardaşı ilə birgə dərsdən evə qayıdarkən naməlum istiqamətdən ov tüfəngindən açılan atəş nəticəsində ətrafa səpilən qırmalardan bir neçəsi onun sol göz nayihəsindən dəyib. Hadisənin kim tərəfindən törədildiyi hələlik məlum deyil.