"Başakşehir" bosniyalı hücumçunu icarəyə götürüb


İdman 21 Yan 2018 12:06:00 274 0

"Başakşehir" bosniyalı hücumçunu icarəyə götürüb

"Udinese"nin hücumçusu Riad Bayiç mövsümü "Medipol Başakşehir"də başa vuracaq. Goal.az xəbər verir ki, 23 yaşlı forvard 6 ay müddətinə İstanbul klubuna icarəyə verilib. "Beşekşehir" yayda onun transfer hüquqlarını satın almaq hüququ qazanacaq. Bayiç 2017-ci ilin yayında 5.5 milyon avroya "Konyaspor"dan transfer olunub. O, mövsümün ilk yarısı A Seriyasında 7 dəfə meydana çıxıb.