Rəqibin ayağını sındırdı, göz yaşlarnı saxlaya bilmədi - FOTO+VİDEO


İdman 21 Yan 2018 11:48:00 302 0

Rəqibin ayağını sındırdı, göz yaşlarnı saxlaya bilmədi - FOTO+VİDEO

İngiltərə Premyer Liqasının 24-cü turunda baş tutan "Everton" - "West Bromwich Albion" matçında (1:1) xoşagəlməz hadisə yaşanıb. Goal.az xəbər verir ki, oyunun ikinci hissəsində "Everton"un yarımmüdafiəçisi Ceyms Makkartinin ayağı qırılıb. O, qonaqların hücumçusu Salomon Rondonun zərbəsini qaytarmağa çalışıb. Venesuelalı forvard isə top əvəzinə onun ayağına zərbə endirib. Bu səbəbdən Makkarti 61-ci dəqiqədə xərəkdə meydandan aparılıb. Rondon isə bundan təsirlənərək göz yaşlarını saxlaya bilməyib. Matçdan sonra Liverpul klubunun baş məşqçisi Sem Ellardays Makkartinin mövsümün sonuna kimi sıradan çıxdığını açıqlayıb.