Fransa klubunda yeni baş məşqçi


İdman 21 Yan 2018 11:30:00 257 1

Fransa klubunda yeni baş məşqçi

Fransanın 1-ci Liqasında mübarizə aparan "Bordeaux" yeni baş məşqçisini açıqlayıb. Goal.az xəbər verir ki, "jirondistlər" Qustavo Poyetlə anlaşıb. Uruqvaylı mütəxəsisin son iş yeri "Shanghai Shenhua" olub. O, qeyri-qənaətbəxş nəticələrə görə 2017-ci ilin sentyabrında istefaya göndərilmişdi. Poyet "Bordeaux"da Joslen Quverenneki əvəzləyib. 45 yaşlı mütəxəsis 2016-cı ildən komandanın sükanı arxasında idi. Onun rəhbərliyi ilə klub ötən mövsüm çempionatı 6-cı sırada tamamlamışdı.