"Galatasaray"ın yeni prezidenti: "Artq heç bir şey əvvəlki kimi olmayacaq"


İdman 21 Yan 2018 11:08:00 337 0

"Galatasaray"ın yeni prezidenti: "Artq heç bir şey əvvəlki kimi olmayacaq"

Yanvarın 20-də "Galatasaray"ın 37-ci prezidenti seçilib. Goal.az xəbər verir ki, son 6 ildə 4-cü dəfə təşkil olunan seçkinin qalibi Mustafa Cengiz olub. O, son 3 ildə kluba rəhbərlik edən Dursun Özbeki qabaqlayıb. Cengiz "Galatasaray" üzvlərinin 1703, Özbek isə 1623 səsini qazanıb. 18 qutuda yerləşdirilən bülletenlərin sayılmasına Bakı vaxtı ilə saat 17:00-da başlanılıb. Son qutunun açılmasından öncə Özbek opponentini təbrik edərək salondan çıxıb.

"Galatasaray" camiəsi hər şeyin yaxşısına layiqdir. Səmimi deyirəm, kluba xidmət edəcəm. Türkiyənin dəyərli markasını layiq olduğu yerə çıxardacam. Mənə səs verməyənlərin də prezidentiyəm. Məni tanıyanlar hansı şəxsiyyətə malik olduğumu bilir. Onların da qəlbini ələ almağa çalışacam. "Galatasaray"da artq heç bir şey əvvəlki kimi olmayacaq. Açıq, şəffaf bir "Galatasaray" görəcəksiniz. Klubun 14 idman növsümdə zirvəyə yüksəlişinin başlanğıcını verəcəyik. Mayda təkrar seçim olacaq. Söz vermişəm, çempion olsaq da, seçimə gedəcəyik" - Mustafa Cengiz klub prezidenti kimi ilk açıqlamasında deyib.