Şəhriyar Məmmədyarovdan növbəti qələbə


İdman 21 Yan 2018 10:49:00 258 0

Şəhriyar Məmmədyarovdan növbəti qələbə

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" festivalında dördüncü qələbəsini qazanıb. Goal.az xəbər verir ki, 33 yaşlı qrossmeyster VII turda ağ fiqurlarla çinli Vey İni məğlub edib. Rəqib 30-cu gedişdə təslim olub. Bununla da xallarını 5,5-ə çatdıran Məmmədyarov vahid liderliyini davam etdirib. O, ən yaxın izləyicilərini 1 xal geridə qoyub.

VIII turda Şəhriyar Məmmədyarov qara fiqurlarla hollandiyalı Aniş Giriyə rəqib olacaq. Görüş yanvarın 21-də keçiriləcək.