Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqladı


Dünya 21 Yan 2018 10:23:00 268 0

Ankara Suriyada quru əməliyyatının başlanacağı vaxtı açıqladı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin əyalətində quru əməliyyatı yanvarın 21-də başlaya bilər.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə yanvarın 20-də Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

"Aviasiyamız nəzərdə tutulmuş hədəflərin əksəriyyətini məhv edib. Sabah, (yanvarın 21-də-red.)  şəraitdən asılı olaraq, quru qoşunlarımız lazımi işi görəcək. Onlar Azad Suriya Ordusu ilə birgə əməliyyat keçirəcək", - deyə B.Yıldırım qeyd edib.