Çaylardakı vəziyyətlə bağlı son məlumat:


Digərləri 21 Yan 2018 10:30:00 250 0

Çaylardakı vəziyyətlə bağlı son məlumat:

Respublika çaylarında sululuq səviyyəsi ilə bağlı açıqlanan son məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 140-190, Lənkəran-Astara bölgəsi çaylarında 100-200, Naxçıvan MR çaylarında isə 220 faizini təşkil edib.

Bu barədə Son.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatda qeyd olunub.

Məlumatda bildirilir ki, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 14 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 218 m3/s olmaqla ongünlük normanın 136 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 132 m3/s olmaqla ongünlük normanın 83 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 47 m3/s təşkil edərək ongünlük normanın 70 faizinə bərabər olub.