Qurban Qurbanov: "Rəqib daha hazırlıqlı idi, daha çox pressinq edirdilər"


İdman 21 Yan 2018 10:30:00 295 0

Qurban Qurbanov: "Rəqib daha hazırlıqlı idi, daha çox pressinq edirdilər"

"Qarabağ" Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib. Polşanın "Lexiya" klubu ilə qarşılaşan Ağdam klubu meydandan 1:1 hesablı bərabərliklə ayrılıb. Goal.az xəbər verir ki, matçdan sonra komandamızın baş məşqçisi Qurban Qurbanov oyun bardə fikirlərini bölüşüb.

"Maraqlı oyun alındı. Xüsusən də ilk hissə gərgin mübarizə şəraitində keçdi. Rəqib daha hazırlıqlı idi və daha çox pressinq edirdilər, toplu mübarizə oldu. İkinci hissədə daha açıq oyuna üstünlük verildi. Səhvlərimiz oldu, amma futbolçular meydanda doğru olanı etməyə çalışırdılar. Ümumiyyətlə, futbolçulardan və oyundan razı qaldım".

“Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama oyununda Rusiyanın “Kuban” klubuyla 2:2 hesablı heç-heçə edib.