Konte: "Zədəli futbolçuların olmasına baxmayaraq, qələbə qazandıq"


İdman 21 Yan 2018 09:44:00 288 0

Konte: "Zədəli futbolçuların olmasına baxmayaraq, qələbə qazandıq"

İngiltərə Premyer Liqasının 24-cü turunda "Brighton"un qonağı olan "Chelsea" 4:0 hesablı qələbə qazanıb. Goal.az xəbər verir ki, matçdan sonra fikirlərini bölüşən "zadəganlar"ın baş məşqçisi Antonio Konte bunları deyib:

"Artıq 14 oyundur ki, məğlub olmuruq. Amma mətbuatın mənfi şeyləri qabardıb müsbət tərəflərimizi görməzdən gəlməsi normaldır. Bugün bir çox zədəli oyunçunun yoxluğuna baxmayaraq, 4-0 hesabı ilə qələbə qazandıq. Bu o deməkdir ki, hər bir oyunçu oynamağa layiq olduğunu göstərir. Ehtiyat skamyasında Sterlinq, Musonda və Ampadu kimi "Chelsea"nin gələcəyi olan futbolçuları görə bilərsiniz."

Drinkuoter "Norwich"lə oyunda topuğundan zərbə almışdı, mövsümün əvvəlindən bəri onun zədələrlə bağlı bəxti gətirmir. Ümid edirəm tezliklə geri dönə biləcək. Andreas Kristensen beyin silkələnməsi keçirdi. Onu əvəzlədik, lakin o, meydanı tərk etmək istəmirdi. Ehtiyatda David Luiz kimi oyunçu olanda dəyişiklik etmək mənim üçün asan olur. Eden Hazard iki qol vurdu. Hazard, Willian, Moses kimi oyunçuların hamısı qol vurmalıdır. Lakin sabahdan hər kəs vurduğu qolu unudub, Arsenal'la oyunda fərqlənmək barədə düşünməlidir."