ABŞ-da hərbi vertolyot qəzaya uğradı, 2 nəfər həlak oldu
Digərləri 21 Yan 2018 05:55:00 237 0
ABŞ-ın Kaliforniya ştatında “Apache” hərbi vertolyotu qəzaya uğrayıb
Bakı.
ABŞ-ın Kaliforniya ştatında “Apache” hərbi vertolyotu qəzaya uğrayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində iki pilot həlak olub.
Qəzanın səhra üzərində təlim uçuşu zamanı baş verdiyi bildirilir. Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.
Mənbə: az.trend.az