Praqada mehmanxanada baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2 - FOTO


Dünya 21 Yan 2018 01:16:00 294 0

Praqada mehmanxanada baş vermiş yanğın söndürülüb - VİDEO - YENİLƏNİB-2 - FOTO

2 nəfər ölüb, onlarla xəsarət var

Praqada "Eurostars David" otelində baş veermiş yanğın söndürülüb.

"Report" xəbər verir ki, bu barədə "Lidovky.cz" məlumat yayıb.

Şəhərin Yanğın Mühafizəsi Xidmətinin nümayəndəsi bildirib ki, hadisə zamanı 2 nəfər həlak olub, 9 nəfər xəsarət alıb. Yaralılardan 5-nin xəsarəti ağırdır. Üç zərərçəkənə həkimlər yerindəcə tibbi yardım göstəriblər.

Yanğın zamanı təxminən 40 nəfər tüstüdən zəhərlənib.

***23:08

Çexiyanın paytaxtı Praqada mehmanxanada baş vermiş yanğın zamanı xəsarət alanların sayı 40 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "TV Noviny" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı 2 nəfər ölüb. Lakin ölən və yaralananların sayı arta bilər. Belə ki, xilasedicilər binanın təxliyyəsini davam etdirirlər.

Həmçinin qeyd olunur ki, həkimlər huşunu itirmiş bir neçə nəfərə tibbi yardım göstərirlər. 

***22:36

Çexiyanın paytaxtı Praqada yerləşən mehmanxanaların birində yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb. 

Xəbərə görə, hadisə nəticəsində azı iki nəfər ölüb, habelə onlarla insan xəsarət alıb. Hadisənin təfərrüatı açıqlanmır.