Çexiyanın paytaxtı Praqada mehmanxanada baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB


Dünya 20 Yan 2018 23:08:00 321 0

Çexiyanın paytaxtı Praqada mehmanxanada baş vermiş yanğın zamanı xəsarət alanların sayı artıb - YENİLƏNİB

2 nəfər ölüb, onlarla xəsarət var

Çexiyanın paytaxtı Praqada mehmanxanada baş vermiş yanğın zamanı xəsarət alanların sayı 40 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "TV Noviny" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə zamanı 2 nəfər ölüb. Lakin ölən və yaralananların sayı arta bilər. Belə ki, xilasedicilər binanın təxliyyəsini davam etdirirlər.

Həmçinin qeyd olunur ki, həkimlər huşunu itirmiş bir neçə nəfərə tibbi yardım göstərirlər. 

***22:36

Çexiyanın paytaxtı Praqada yerləşən mehmanxanaların birində yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb. 

Xəbərə görə, hadisə nəticəsində azı iki nəfər ölüb, habelə onlarla insan xəsarət alıb. Hadisənin təfərrüatı açıqlanmır.