Türkiyə HHQ-nin Afrini bombalayan təyyarələri bazaya qayıdıb


Dünya 20 Yan 2018 22:15:38 301 0

Türkiyə HHQ-nin Afrini bombalayan təyyarələri bazaya qayıdıb

Əməliyyat zamanı terrorçuların 108 mövqeyi məhv edilib

Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qanadı YPG-nin mövgelərinə zərbə endirən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) 70-dən çox təyyarəsi uğurla yerinə yetirdiyi tapşırıqdan sonra hərbi bazaya qayıdıb.

"Report"un "Qazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahı məlumat yayıb.

Qeyd edək ki, “Zeytun budağı” adlı hərbi əməliyyat Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

Əməliyyatda iştirak edən 72 təyyarə terrorçuların 108 mövqeyini məhv edib.