Əfqanıstanın paytaxı Kabildə silahlılar otelə hücum edib, ölənlər var


Dünya 20 Yan 2018 22:03:30 313 0

Əfqanıstanın paytaxı Kabildə silahlılar otelə hücum edib, ölənlər var

Intercontinental Hotel Kabildə əcnəbilər arasında ən məhşur mehmanxanaldan biirdir

Bir qrup silahlı Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”-ə hücum edib.

"Report"un RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.

Məlumata görə, hücum zamanı bir neçə nəfər öldürülüb. Qeyd edilir ki, dörd terrorçu kamikadze mehmanxanaya daxil ola bilib. 

Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçulara qarşı silahlı əməliyyat keçirib. Atışmanın baş verdiyi ərazi əhatəyə alınıb.

"Intercontinental Hotel" Kabildə əcnəbilər arasında ən məşhur mehmanxanalardan biridir. Burada Qərb dövlətlərinin rəsmi nümayəndələri mətbuat konfransları keçirir.

Mehmanxana 2011-ci ildə də hücuma məruz qalıb. Həmin vaxt törədilmiş dörd partlayış nəticəsində 10 əfqanıstanlı öldürülüb.