Qaynaq şüalarına baxarkən gözdə nə baş verir?


Digərləri 20 Yan 2018 22:05:00 2468 1

Qaynaq şüalarına baxarkən gözdə nə baş verir?

Uşaqlıqdan hamımızın xatırladığımız bir mənzərə var: Qaynaq işləri gedən ərazilərdən keçərkən böyüklər həmişə xəbərdarlıq edirlər ki, baxmayın, gözləriniz ağrıyar. Praktikada da ya özümüz, ya da tanıdığımız başqa adamların gözlərinin "svarkaya düşməsi"nin şahidi olmuşuq. Qaynaq şüaları gözlərimizə necə təsir edir və bu təsir başqa hansı hallarda baş verə bilər?

Son.az saglamolun.com-a istinadən bildirir ki, qaynaq şüaları insan gözləri üçün həqiqətən də ziyanlı və təhlükəlidir. İnsan gözü kövrək bir orqandır, kənar təsirlərdən müdafiəsiz vəziyyətdədir, bu üzdən də mexaniki zədələr və müxtəlif yanıq növlərinə qarşı həssasdır. İnsanların yaratdıqları şüalanma mənbələri, həmçinin qaynaq şüalarının enerjisi gözün strukturunda zədələnməyə səbəb olur. Qaynaq şüasına tamaşa edən adamın gözlərində sonradan aşağıdakı simptomlar müşahidə olunur:

Gözlərdə ağrı Göynəmə hissi Gözlərin yaşarması İşığa qarşı ağrılı həssaslıq Bu bəla qaynaq şüalarına təkcə yaxından baxarkən deyil, uzaqdan baxanda da baş verir. Qaynaq şüalarına hətta 100 metrlik məsafədən də baxsanız, axırda gözləriniz eyni zədəni alacaq.

Nəzərə alın ki, qaynaq şüalarına baxan gözlərin strukturunda mürəkkəb fotokimyəvi proseslərin simptomları dərhal deyil, 4-6 saatdan sonra özünü büruzə verir. Qaynaq şüaları ilə vizual ünsiyyəti unudtuğunuz bir vaxtda gözlərinizdə göynəmə hissi başlayır.

Həmçinin belə zədələr təkcə qaynaq şüalarından yaranmır. Oxşar effektlər müxtəlif tibbi və məişət cihazlarına, günəş vannasına tamaşa edərkən də baş verir. Bundan başqa, sayrışan neon reklam lövhələrinə də uzun müddət baxmağınız məsləhət görülmür, əks halda, qaynağa baxmış kimi göz zədələri qazanacaqsınız.