Hər evdə olması lazım olan krem


Digərləri 20 Yan 2018 21:35:00 314 0

Hər evdə olması lazım olan krem

Bu krem hər bir evdə lazım olan bir kremdir. Aşağıda yazdığım mətni oxuduqdan sonra yəqinki, mənimlə razılaşarsınız. Əvvəlcə lazım olanlar:

1.Keçinin iç piyi 100 qram

2. Qara zirə yağı 100 qram

3. Kəklikotu 2-3 xörək qaşığı.

Son.az fizulihuseynov.com-a istinadən bildirir ki, deməli, əvvəlcə keçi piyi əridilir, tam əridikdən sonra süzülür, əriməyən hissələr atılır, sonra ağzı kip bağlanılan şüşə qaba 3 xörək qaşığı kəklikotu bitkisini tökərək qaynar olan, əridilmiş keçi piyini kəklikotunun üstünə tökərək qarışdırırıq və ağzı kip bağlanılaraq 1 gün saxlanılır 1 gündən sonra yenə əridilir (qaynatmağa ehtiyac yoxdur) süzülərək kəklikotu qırıntıları atılır və sonra 100 qram qarazirə yağı ilə qarışdırıb şüşə qaba tökülür 1-2 saatdan sonra istifadəyə hazırdır. Deməli kəklikotunu bura qarışdırmaqda məqsədimiz kəklikotunun efirli birləşmələrini piyə keçirməkdir. Bu kremi çox geniş spektrli sahələrdə istifadə edə bilərsiniz.

1. Uşaq və böyüklərdə soyuqdəymələr zamanı sinə, kürək, boğaz nahiyyəsi axşamlar masaj olunur çox yaxşı bir yumşaldıcı və tərlədici bir effekti vardır.

2. Əl çatlarında və çatlamanın qarşısını almaq üçün istifadə edilir əlləri yumşaldır.

3. Daban və qarın çatlarında gündə 2 dəfə istifadə olunur.

4. Dərialtı iltihablarda dəri üstünə çəkilir.

5. Revmatizm zamanı dizlərə və baldırlara çəkilir.