Yaponiyalı alim insanı sürətlə qocaldan


Digərləri 20 Yan 2018 21:20:00 257 0

Yaponiyalı alim insanı sürətlə qocaldan

Yaponiyalı həkimi, cərrah, sağlam həyat tərzinə həsr olunmuş bir neçə bestsellerin müəllifi və məşhur hastroenteroloq Hiromi Şinya xəstəliklərin yaranma səbəblərini və insanı sürətlə qocaldan əsas amilləri izah edib.

Son.az publika.az-a istinadən oxucuları təcrübəli həkimin sağlam qidalanmanın əsas qaydaları və sağlamlığın bərpası üçün verdiyi tövsiyələrlə tanış edib.

Hiromi Şinyanın qırxillik uğurlu təcrübəsi və xüsusi düzgün qidalanması nəzəriyyəsi imkan verir ki, çəkini nəzarətdə saxlayaq. Onun düzgün qidalanma proqramı haqqında yazdığı "Sehrli enzim" və ya "Sağlam qidalanmanın zərəri haqqında" kitabları Kevin Klyayn, Stinq Dastin Hoffman, Yaponiya eks-naziri Nakasone, Nobel mükafatı laureatı Leon Esaki və bir çox digər xəstələrə sağalmağa kömək edib. O, iddia edir ki, həkimlik təcrübəsi ərzində heç bir xəstəsi ölməyib. Yaponiyalı həkimin sözlərinə görə, sağlam və gümrah olmaq üçün ilk növbədə zərərli vərdişlərdən qurtulmaq, habelə sağlam həyat tərzi haqqında ümumi tövsiyələrə yenidən baxmaq lazımdır.

Hiromi Şinyanın araşdırmalarına görə, insan heyvan mənşəli məhsullarla qidalanmağa nə qədər tez başlasa, bir o qədər tez ağrımağa başlayır. Doktor bildirib ki, xüsusilə südə diqqət yetirmək lazımdır. Çünki bu məhsulun tərkibində saxlanılan oksidləşmiş piylər bağırsaqda zərərli bakteriyaların sayını artırır və bununla da onun mikroflorasına zərər verir. Nəticədə o yoğun bağırsaqda sərbəst radikallar, hidrogen sulfid və ammiak kimi elementlər yaranır. Dolayısıyla süd təkcə müxtəlif allergiya növləri deyil, həm də əsasən uşaqlarda rast gəlinən daha ciddi xəstəliklər (leykemiya, diabet) yaradır.

Sağlam qidalanmanın ümumi prinsipləri

Yarmalar gündəlik qidanın təxminən 50%-ini təşkil etməlidir, meyvə və tərəvəz - 35-40%, 10-15% ət.

Yarmaları təmizlənməmiş yemək lazımdır.

Temperaturu bədənin hərarətindən aşağı olan balıq ətdən daha faydalı və üstündür.

Təzə və emaldan keçməyən məhsullar (imkan dairəsində təbii halda) faydalıdır.

Süd və süd məhsullarının istehlakını maksimum məhdudlaşdırmaq lazımdır. Allergiyası olan və ya laktoza daşımayan insanlar ümumiyyətlə, bütün süd məhsullarından imtina etməlidir.

Marqarin yağı və qızartma yeməkdən çəkinmək lazımdır.

Yeməyi yavaş-yavaş çeynəyərək və kiçik porsiyalarla yeməyə çalışmaq lazımdır.

Vərdişlər genlərdən daha güclüdür!

Həkim hesab edir ki, sağlam qidalanma vərdişləri genlərlərimizi yeniləməyə imkan verir.

Suyun əhəmiyyəti

Yaxşı olardı ki, səhər yuxudan duran kimi və hər yeməkdən bir saat əvvəl su içəsiniz. Bu, orqanizmin su tələbatını ödəmək üçün ən yaxşı üsuldur.