MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı VİDEO


Siyasət 20 Yan 2018 21:21:00 228 0

MSK prezident seçkiləri ilə bağlı hazırlığa başladı  VİDEO

Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb. Hazırda ölkə ərazisində seçici siyahıları dəqiqləşdirilir. Mərkəzi seçki komissiyasının sədri Məzahir Pənahov deyib ki, seçiçi siyahılarıyla bağlı iş yaz aylarında tamamlanacaq. Bunun ardınca siyahılar rəsmi sənəd kimi təsdiq olunacaq.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, MSK sədri siyasi partiyaların hesabat məsələsinə də toxunub. O deyib ki, artıq bu işə məsuliyyətlə yanaşılır. Siyasi partiyalar 2017-ci il üzrə maliyyə hesabatlarını ilin əvvəlindən göndərməyə başlayıblar.

Ölkədə növbəti prezident seçkilərinin bu il oktyabrın 17-də keçirilməsi nəzərdə tutulur.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərə aid video