Əl işləri görənlərin diqqətini çəkir VİDEO


Digərləri 20 Yan 2018 21:18:00 363 0

Əl işləri görənlərin diqqətini çəkir  VİDEO

Oğuzun Kərimli kəndində yaşayan Orxan Abdullayev şüşədən müxtəlif əl işləri hazırlayır. Sənəti atasından öyrəndiyini deyən Orxan sifarişlərin çox olduğunu deyir. Gənc dekorativ şüşə ustasının sözlərinə görə, şüşədən əl işləri hazırlamaq heç də asan deyil.

Şüşələrdən hazırlanmış cürbəcür əl işləri görənlərin diqqətini çəkir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki,  Oğuz rayonunun Kərimli kənd sakini, 26 yaşlı Orxan Abdullayev nadir sayılan sənət növlərindən biri ilə - dekorativ şüşəçiliklə məşğuldur.

O, atasından öyrəndiyi sənəti daha da təkmilləşdirmək istəyir. Gənc usta şüşə, taxta, zər, yapışqan və digər materiallardan istifadə etməklə hərflər, ürək, ziqzaq, trapesiya və kub formalı fiqurlar, rəflər, stol, dayaq və digər əşyalar düzəldir.

Əl işlərinin hazırlanması müddəti onların formasından asılıdır. Bəzən hansısa əl işinə 1 ay vaxt sərf olunur. Çünki əl işlərini hazırlamaq üçün 100-dən cox şüşə qırıqlarını kəsərək müxtəlif formalara salmaq lazım gəlir.

Bu əl işləri müxtəlif qiymətlərə satılır.


Xəbərə aid video