Masazırda 3 yaşlı uşaq 6cı mərtəbədən YIXILDI VİDEO


Digərləri 20 Yan 2018 21:19:00 316 0

Masazırda 3 yaşlı uşaq 6cı mərtəbədən YIXILDI  VİDEO

3 yaşlı uşaq binanın 6-cı mərtəbəsindən yıxılıb. Hadisə ötən axşam saatlarında baş verib. Ağır vəziyyətdə xəstəxanaya aparılan uşaq xoşbəxtlikdən sağ qalıb.

Valideyn məsuliyyətsizliyi az qalsın ki, uşağın canı bahasına başa gələcəkdi.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 6 -cı mərtəbədən yığılan 3 yaşlı uşaq ağır xəsarət alıb.

Hadisə Abşeron rayon Masazır qəsəbəsində baş verib. 2014-cü il təvəllüdlü Ağayev Əlmurad Nicat oğlu yaşadığı binanın 6-cı mərtəbəsindan yerə yıxılıb.

Azyaşlı otla örtülü torpaq qatının üzərinə düşdüyündən sağ qalıb. Ağır xəsarət alan azyaşlı əvvəlcə 1 saylı Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin vəziyyəti orta-ağır olduğundan sonradan özəl klinikalardan birinə köçürülüb.

Xəstəxanadan verilən məlumata görə, uşağın vəziyyəti orta-ağır olaraq qalır. Hazırda onun müalicəsi davam edir.


Xəbərə aid video