Salyan sakinindən 3 kiloqramdan çox narkotik tapıldı VİDEO


Digərləri 20 Yan 2018 21:00:00 267 0

Salyan sakinindən 3 kiloqramdan çox narkotik tapıldı  VİDEO

Salyan polisi rayon sakinindən külli miqdarda narkotik vasitə aşkarlayaraq götürüb.

Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Salyan şəhər sakini, Şahbazov Rövşən Nurəddin oğlu şübhəli şəxs qismində saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqram 175 qram çəkidə narkotik maddə olan qurudulmuş marixuana, 41,478 qram tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı Salyan rayon Polis şöbəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Salyan rayon məhkəməsinin qərarı ilə Rövşən Şahbazov barəsində 4 ay müddətinə həbs qəti imkan tədbiri seçilib.


Xəbərə aid video