Deputat: 20 Yanvar şəhidlərini hər zaman sevgi ilə yad edəcəyik FOTO


Digərləri 20 Yan 2018 18:25:00 269 0

Deputat: 20 Yanvar şəhidlərini hər zaman sevgi ilə yad edəcəyik  FOTO

20 Yanvar şəhidlərini hər zaman sevgi ilə yad edəcəyik.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İstanbulda Sarıqamış şəhidlərinin xatirəsinə həsr edilmiş tədbirdə çıxış edən millət vəkili, siyasi elmlər doktoru, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva deyib.

Millət vəkili bildirib ki, Azərbaycanın azadlığı üçün canlarını fəda edən şəhidlərimizi hər zaman sevgi ilə anacağıq.

Q.Paşayeva Sarıqamışda yaşanan böyük acı, o ağır günlərdə Azərbaycan türklərinin Anadoluda yaşayan qardaş-bacılarımızın yanında olması, eyni zamanda, rus imperiyası tərəfindən Nargin adasına əsir götürülmüş insanlarımızı xilas etmək üçün edilən fəadakarlıqlardan danışıb: "Onlar bizə qardaşlığın örnəyini qoyublar və sonra eynu ruh Çanaqqalada, Bakının erməni daşnakları və arxasındakı güclərdən təmizlənməsi zamanı da davam edib".


Xəbərə aid fotolar