Ermənilər Qazaxı atəşə tutub mülki təsərrüfata ziyan dəyib, 2 baş heyvan tələf olub


Digərləri 20 Yan 2018 17:21:00 256 0

Ermənilər Qazaxı atəşə tutub  mülki təsərrüfata ziyan dəyib, 2 baş heyvan tələf olub

Ermənistan ordusunun bölmələri Qazax rayonunu atəşə tutublar, mülki təsərrüfata ziyan dəyib, 2 baş heyvan tələf olub.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, bu gün Ermənistan ordusunun bölmələri Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutublar.

Nazirikdən bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib: "Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub".

Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.