Azərbaycan Portuqaliya ilə muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq etməkdə maraqlıdır


Digərləri 20 Yan 2018 15:38:00 240 0

Azərbaycan Portuqaliya ilə muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq etməkdə maraqlıdır

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Portuqaliyaya səfər çərçivəsində bu ölkənin mədəni irs üzrə icraçı direktoru Paula Araujo da Silva ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən Son.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Portuqaliya arasında mədəni irsin qorunması istiqamətində birgə əməkdaşlıq məsələləri müzakirə olunub. Muzeydə əmanətlərin qorunması, saxlanması və qarşılıqlı sərgilərin keçirilməsi üzrə məsələlərdən söhbət açılıbr.

Ə.Qarayev ölkəmizdə bu sahədə görülən işlər haqqında geniş məlumat verib, gələcəkdə Azərbaycan və Portuqaliya arasında muzeylərin inkişafı üzrə birgə layihələrdə əməkdaşlıq edilməsini təklif edib.