Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib
Digərləri 20 Yan 2018 14:43:00 315 0
Şamaxı rayonunda bir-biriləri ilə dalaşan qardaşların hər ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Son.az report-a istinadən xəbər verir ki, rayonun Mərzəndiyyə kəndində yaşayan rayon sakinləri - 1974-cü il təvəllüdlü Şəfiyev Mayıl Durdu oğlu və onun qardaşı, 1977-ci il təvəllüdlü Müşfiq dalaşıb. Qardaşların biri ayağından küt alətlə, digəri isə başından xəsarət alıb.
Onların hər ikisi Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Mənbə: milli.az