Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib FOTO


Digərləri 20 Yan 2018 14:37:00 274 0

Bakı metrosunda 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib  FOTO

Bu gün 20 Yanvar faciəsinin 28-ci ildönümü Bakı metropolitenində də anılıb.

Son.az xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Trend-ə verdiyi məlumata görə, metronun bütün stansiyalarında matəm musiqiləri səsləndirilib.

Saat 12:00-da metronun "20 yanvar" stansiyasında anım mərasimi keçirilib. Həmin vaxt bütün stansiyalarda və tunellərdə qatarların və sərnişinlərin hərəkəti dayandırılıb, 1 dəqiqəlik fit verilib və şəhidlərin əziz xatirəsi yad edilib.


Xəbərə aid fotolar