"WhatsApp" yazışması zamanı "YouTube" izləmək mümkün oldu


Digərləri 20 Yan 2018 14:24:00 383 0

"WhatsApp" yazışması zamanı "YouTube" izləmək mümkün oldu

"Apple" cihazlarının istifadəçiləri "WhatsApp" əlavəsində işlərini dayandırmadan "YouTube" videoçarxlarını izləmək üçün yeni funksiya əldə ediblər. 

Son.az lent.az-a istinadən xəbər verir ki, bu imkanlardan istifadə etmək üçün mobil cihaz istifadəçiləri messencerlərini v2.18.11 versiyasına qədər yeniləməlidirlər. 

Bundan öncə "WhatsApp" istifadəçisi "YouTube"də video izləmək üçün videohostinqin əlavəsinə keçməli olurdu ki, nəticədə messencerdəki işlərini yekunlaşdırmalı olurdu. Müəyyən işləmələrdən sonra "WhatsApp"ı v2.18.11 versiyasına qədər yeniləyən "Apple" cihazlarının sahibləri messencerdə işləyərək və məlumat göndərərək eyni vaxtda "YouTube" videoçarxlarını izləyə biləcəklər.