Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törətdi: 2 nəfər yaralandı VİDEO FOTO


Digərləri 20 Yan 2018 14:00:00 345 0

Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törətdi: 2 nəfər yaralandı  VİDEO  FOTO

Bakının Yasamal rayonunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan "10-ZL-176" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil idarəetməni itirərək maneəni aşıb və qarşı yola çıxıb.

Nəticədə "Opel" öncə "90-GE-822" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilə, ardınca isə başqa bir "Opel"ə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü və maşında olan sərnişin kəllə-beyin travması alıb.

Qəzanı Cavadov Fərrux Kamalpaşa oğlunun törətdiyi müəyyən edilib. Məlum olub ki, onun sürücülük hüququ yoxdur və o, maşını qardaşı Cavadov Tərlan Kamalpaşa oğlundan qaçırıb. F.Cavadovun ruhi xəstə olduğu bildirilir.


Xəbərə aid fotolar